Güləşə marağı olan qız uşaqları üçün ƏLA FÜRSƏT
Azərbaycan Güləş Federasiyası yeni layihəyə start verib.
Yenicag.az xəbər verir ki, “Qız kimi güləş” kampaniyası altında həyata keçirilən layihənin məqsədi ölkədə qadın güləşinə marağı daha da artırmaq və bu sahədə kütləvilik yaratmaqdır.
Bakının mərkəzində yerləşən federasiyanın yeni təlim-məşq bazası bundan sonra gələcəyin qız güləşçilərinin yetişməsinə xidmət edəcək.
Natiq Əliyev küçəsində yerləşən güləş mərkəzində böyüklər arasında Avropa üçüncüsü, gənclər arasında dünya çempionu Səbirə Əliyeva və İslam Həmrəyliyi Oyunlarının 2 qat qalibi, gənclər arasında dünya çempionu və Avropa ikincisi Leyla Qurbanova tərəfindən həftəiçi 5 gün məşqlər keçirilir.
7-17 yaş arası qızlar Azərbaycan Güləş Federasiyasının rəsmi saytı vasitəsi ilə qeydiyyatdan keçməklə hazırlıq prosesinə qatıla bilərlər.
Qeyd edək ki, bütün zəruri inventarlarla təmin edilmiş güləş mərkəzində həyata keçirilən məşqlər ödənişsizdir












