Gürcüstan parlamentində keçirilən prezident seçkiləri başa çatıb

Gürcüstan parlamentində keçirilən prezident seçkiləri başa çatıb.

Yenicag.az xəbər verir ki, qaydalara əsasən, səsvermə başa çatdıqdan sonra MSK-nın iclası keçiriləcək və nəticələr hesablanacaq, müvafiq yekun protokol tərtib olunacaq.

MSK nümayəndələri daha sonra parlamentin iclas zalına qayıdaraq prezident seçkilərinin nəticələri barədə ictimaiyyəti məlumatlandıracaqlar.

Qeyd edək ki, seçkilərdə yeganə namizəd hakim “Gürcü Arzusu”nun təqdim etdiyi Mixail Kavelaşvilidir.