Rusiya təyyarənin vurulması ilə bağlı vədinə ƏMƏL ETMİR: "İlham Əliyevin Sankt-Peterburqa səfərdən imtinası..."

media-hightechnic-468x90

“Azərbaycanın mövqeyini dəyişdirmək və ya onu qeyri-mütənasib addımlarla razı salmaq asan deyil”.

Bunu AZAL-a məxsus təyyarənin Rusiya tərəfindən vurulmasından artıq bir il ötməsinə baxmayaraq, hələ də Kremlin Bakının tələblərini yerinə yetirməməsi ilə bağlı danışan politoloq Asif Nərimanlı Yenicag.az-a açıqlamasında deyib.media-asif0nerimanli-3-900x600-1 A. Nərimanlı bildirib ki, Düşənbədə Azərbaycan və Rusiya prezidentləri arasında keçirilən görüşdə sözügedən məsələ siyasi baxımdan öz həllini tapmışdı:

“Rusiya Prezidenti Vladimir Putin həmin görüşdə təzminatın ödəniləcəyini, məsul şəxslərin cəzalandırılacağını bildirmiş və yenidən üzrxahlıq etmişdi.

Aradan iki ay yarımdan çox vaxt keçməsinə rəğmən, Rusiya tərəfi verilən vədləri praktiki addımlarla təsdiqləmir. Moskvanın “istintaqın başa çatmasını gözləmək” arqumenti inandırıcı görünmür. Çünki hadisə ilə bağlı bütün faktlar artıq məlumdur və istintaqın nəticəsinin mahiyyət etibarilə dəyişdirilməsi mümkün deyil. Hər hansı fərqli nəticə ortaya qoyulacağı təqdirdə, bu, Azərbaycan tərəfindən qəbul edilməyəcək”.

Politoloqun sözlərinə görə, V. Putinin Azərbaycan Prezidentinin tələbləri ilə razılaşması, əslində, Rusiyanın təyyarənin vurulması faktını etiraf etməsi anlamına gəlir:

“Bu baxımdan, Moskva günahkarların cəzalandırılmasını istintaqın yekununa saxlasa belə, təzminatın ödənilməsinə indidən başlamaqla tələblərin icrasına real şəkildə start verə bilərdi. Bunun baş verməməsi isə belə bir ehtimalı gündəmə gətirir ki, Rusiya məsələni regional siyasətdə Bakı ilə mümkün “sövdələşmə” aləti kimi istifadə etməyə çalışır.

Lakin Azərbaycanın mövqeyini dəyişdirmək və ya onu qeyri-mütənasib addımlarla razı salmaq asan deyil. Prezident İlham Əliyevin Sankt-Peterburqa səfərdən imtina etməsi də Bakının prinsipial mövqeyinin açıq göstəricisi kimi dəyərləndirilə bilər”.

Nəsimi Ələsgərli

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa