Azərbaycan daha 5 ölkə ilə vizanı ləğv edə bilər

media-hightechnic-468x90

Hazırda 5 ölkə ilə vizanın ləğv edilməsi üçün işlər aparılır.

media-banner_tuq

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, vətəndaşların gediş-gəlişinin sadələşdirilməsi məqsədilə ölkələrin siyahısının genişləndirilməsi istiqamətində işlər davam etdirilir:

“Bunlar təhlil edilir və qarışıqlıqlı prinsip əsasında bütün elementlər nəzərə alınmaqla, prosesdə artım müşahidə edilir. Son bir neçə ildə Albaniya, Birləşmiş Ərəb Əmirlikləri, Serbiya, Qətər, Mərakeş, Çin kimi ölkələrə gediş-gəliş vizasız olub. 2025-ci ildə 10 ölkə ilə vətəndaşlar üçün vizasız gediş-gəliş təmin edilib. Ümumilikdə 74 ölkə ilə diplomatik pasportla bağlı sazişlər imzalanıb”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05