Gürcüstanda bu məhdudiyyətlər aradan qaldırılır - QƏRAR

media-hightechnic-468x90

Gürcüstanda koronavirus pandemiyası ilə əlaqədar ötən ilin noyabrın 28-dən tətbiq olunan məhdudiyyətlərin bir hissəsi martın 8-dən aradan qaldırılır.

Yenicag.az xəbər verir ki, bununla bağlı Gürcüstan hökumətinin Dövlət Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.

Qərara əsasən, bu gündən ölkə ərazisindəki bütün restoranların qapalı otaq və kupelərdə fəaliyyətinə icazə verilir. Eyni zamanda dağ kurortları açılır, alış-veriş mərkəzləri və yarmarkaların şənbə və bazar günləri də fəaliyyəti bərpa olunur.

Bununla belə, Koordinasiya Şurasının qərarına əsasən, axşam saat 21:00-dan səhər 05:00-dək mövcud olan hərəkət məhdudiyyəti – komendant saatı qüvvədə qalır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600