Gürcüstanda son sutka ərzində daha 15 nəfər koronavirusa yoluxub.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək virusa yoluxanların sayı 1 336-ya çatıb. Onların 1 088-i sağalıb, 17-si isə vəfat edib.
Hazırda Gürcüstan üzrə 7 597 nəfər karantində, 249 nəfər isə stasionar nəzarətdə saxlanılır.