Gürcüstanda matəm elan olundu

media-hightechnic-468x90

Gürcüstan hökuməti 10 aprel tarixində bütün ölkə ərazisində bir günlük matəm elan edib.

“Sputnik Gürcüstan” xəbər verir ki, bu, Abxaziya ərazisində dörd yerli vətəndaşın ölməsi ilə əlaqədardır.

İki qadın və iki kişi aprelin əvvəlində İnquri çayını keçərkən onlarla əlaqə kəsilib.

Həmin şəxslərdən üçünün cəsədi aprelin 7-də tapılıb. Dördüncü şəxsin meyiti isə dünən axşam Gürcüstanın qərbində, Orsantiya kəndi yaxınlığında aşkar edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa