!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstanda “Rustavi-2” teleşirkətinin həyətində etiraz aksiyası keçirilir

!Reklam – Yazi

“Rustavi-2” teleşirkətinin həyətində yüzlərlə etirazçı telekanala dəstək aksiyası təşkil edib.

Yeniçağ.Az-ın “APA”-ya istinadən verdiyi xəbərə görə, etirazçılar teleşirkətin həyətində çadırlar quraraq bütün gecəni piket keçirmək niyyətində olduqlarını bildiriblər.

Qeyd edək ki, Gürcüstan Ali Məhkəməsi ötən gün müxalifət yönümlü “Rustavi-2” telekanalının 60 faizinin kanalın keçmiş sahiblərindən biri olan Kibar Xalvaşiyə, 40 faizinin isə ona məxsus olan “Panorama” şirkətinə verilməsinə dair qərar qəbul edib.


Telekanalın baş direktoru Nika Qvaramiya martın 3-nə keçən gecə kanalın aparıcı jurnalistləri ilə birgə keçirdiyi xüsusi brifinqdə Xalvaşiyə idarəetməni kollektivə verməyi təklif edib. Qvaramiyanın sözlərinə görə, kollektiv Xalvaşinin məhkəmədə tələb etdiyi 4 mln. dolları ona verməyə hazırdır. Lakin Xalvaşi bu təklifləri rədd edib.


“Koordinasiya Şurasının üzvləri binanın həyətində çadırlar qurub. Teleşirkətin həyətində toplaşan etirazçılar ərazini tərk etməyəcəklərini və telekanalı qoruyacaqlarını bildiriblər. Aksiya davam edir”, – deyə telekanal bildirib.


Telekanalı dəstəkləyən “Vahid Milli Hərəkat” partiyası martın 3-də teleşirkətin həyətində Siyasi Şuranın toplantısını keçirmək niyyətindədir.

Yeniçağ.Az

www.yenicag.az

716
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv