Gürcüstanda təbii fəlakət nəticəsində ölənlərin sayı artdı

media-hightechnic-468x90

Gürcüstanın Şovi kurort bölgəsində baş vermiş güclü torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Daha iki nəfərin meyiti tapılıb. Ölənlərin sayı 15 nəfərdir”, – məlumatda deyilir.

Qeyd edək ki, xilasetmə əməliyyatında 4 helikopter, həmçinin 400 yanğınsöndürən və xilasedici iştirak edir. İndiyədək 210 nəfər təxliyə edilib. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili avqustun 7-ni ölkədə matəm günü elan edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05