Gürcüstan və Azərbaycan arasında vətəndaşların gediş-gəlişi yalnız “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə mümkün olacaq.
Yenicag.az xəbər verir ki, bu barədə qərar Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurasının növbəti iclasında qəbul olunub.
İki ölkə arasında bütün sərhəd-keçid məntəqələrində yük daşımalarının sərbəst hərəkəti təmin olunacaq.
Qeyd edək ki, Gürcüstan və Azərbaycan arasında martın 14-dən etibarən vətəndaşların gediş-gəlişi 10 gün müddətinə dayandırılıb. Bu günə qədər iki ölkə arasında insanların hərəkəti “Qırmızı körpü” və “Laqodexi” sərhəd məntəqələri vasitəsilə təmin olunub.
Gürcüstan martın 18-dən etibarən bütün xarici ölkə vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub. Qonşu ölkə yanlız öz vətəndaşlarını qəbul edir./Report/
www.yenicag.az