Haaland futbol tarixinə düşdü

media-hightechnic-468x90

Norveç millisinin üzvü Erlinq Haaland yeni rekorda imza atıb.

Yenicag.az “Opta”ya istinadən xəbər verir ki, o, millinin heyətində 50 qol həddinə ən tez çatan oyunçu olub.

Norveç millisi DÇ-2026-nın seçmə mərhələsində ötən gecə İsraili 5:0 hesabı ilə məğlub edib. Haaland bu görüşdə iki dəfə penaltidən yararlana bilməyib. Hər ikisini rəqibin qapıçısı dəf edib. Ancaq daha sonra o, 3 qol vurub.

Bununla da Haalandın millidəki qol sayı 51-ə çatıb. O, 46 görüşdə bu saya çatıb.

Milli komandada 50 qol həddinə ən erkən çatan futbolçular

Erlinq Haaland (Norveç) — 46

Harri Keyn (İngiltərə) — 71

Kilian Mbappe (Fransa) — 90

Robert Levandovski (Polşa) — 90

Lionel Messi (Argentina) — 107

Kriştiano Ronaldo (Portuqaliya) — 114

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa