Haaqa Məhkəməsi bu prezidenti həbs etmək istəyir

media-hightechnic-468x90

img1835074Haaqa Beynəlxalq Cəza Məhkəməsi (BCM) Sudan prezidenti Ömər Həsən əl-Bəşirin həbs olunmasını tələb edib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, məhkəmənin yazılı açıqlamasında bildirilir ki, Cənubi Afrikada keçirilən Afrika İttifaqı Sammitində iştirakı gözlənilən Sudan prezidenti haqqında iki həbs qərarı var.

Məhkəmə Cənubi Afrikadan həbs əmrlərinin yerinə yetirilməsi üçün səy göstərməsini tələb edib.

Bildirilir ki, BCM-ə üzv olan Cənubi Afrika Həsən əl-Bəşiri həbs etmək hüququna malikdir.

Aprel ayında keçirilən seçkidə yenidən Sudan prezident seçilən Bəşir sözügedən məhkəmə tərəfindən insanlığa qarşı cinayətlər törətməkdə ittiham olunur.

Qeyd edək ki, BCM Sudanın qərb regionu olan Darfurdakı nümayişlərdə insanların kütləvi həlak olmasını əsas gətirərək, 2009-2010-cu illərdə Sudan prezidenti barədə iki dəfə həbs qərarı çıxarıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600