“Haber Global” kanalı Ağdamın Cümə məscidindən reportaj hazırladı - VİDEO

media-hightechnic-468x90

Türkiyənin “Haber Global” kanalının müxbirləri işğaldan azad edilən Ağdamın Cümə məscidində olublar.

Yenicag.az xəbər verir ki, türkiyəli müxbirlər, rayon işğaldan azad ediləndən sonra ilk dəfə azan oxunan və namaz qılınan Cümə məscidindən reportaj hazırlayıblar.

Reportyor bildirib ki, artıq rayon Azərbaycan ordusuna təhvil verilib və hazırda Ağdamda nəzarət tam olaraq Azərbaycan ordusunun əlindədir. O, əlavə edib ki, azərbaycanlı əsgərlər ilk olaraq Ağdamdakı Cümə məscidinə gəlib və cümə namazlarını da məsciddə qılıblar.

Müxbir qeyd edib ki, bu məscid Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edir və işğaldan sonra məscidin dağıntıya məruz qaldığı açıqca görünür.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa