Ermənistanın işğalı altında olmuş ərazilərimizdə yerləşən qəbiristanlıqlardakı ağ və qara mərmərdən olan bahalı məzar daşları və onların ətrafındakı dəmir hasarlar sökülüb aparılıb, xalqımıza məxsus tarixi izlərin silinməsinə çalışılıb.
Yenicag.az xəbər verir ki, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Ermənistan tərəfindən işğal dövründə dağıdılmış və təhqir edilmiş qəbiristanlıqlarla bağlı hazırladığı hesabatda öz əksini tapıb.
“Yeri gəlmişkən, Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsi işğaldan azad edildikdən sonra bəzi evlərin zirzəmisində azərbaycanlılara məxsus qəbiristanlıqlardan məqsədli şəkildə çıxarılmış qəbir daşlarının yığıldığı aşkar edilib. 9 Bu fakt bir daha sübüt edir ki, qarşı tərəf qəbir daşlarını qəsdən talamış, lakin aparmağa imkan tapa bilməyib”, – məlumatda bildirilib.
www.yenicag.az