Hakan Fidanla Ararat Mirzoyan arasında telefon danışığı oldu

media-hightechnic-468x90

İyunun 7-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Türkiyənin yeni təyin olunmuş xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, Ararat Mirzoyan Hakan Fidanı Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Tərəflər iki ölkə arasında münasibətlərin tam tənzimlənməsi istiqamətində işi davam etdirməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, Hakan Fidan Türkiyədə yeni kabinetin formalaşdırılmasından sonra bu vəzifədə Mövlud Çavuşoğlunu əvəzləyərək Türkiyənin xarici işlər naziri vəzifəsinə təyin edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600