"Hakimiyyətdə Ramiz Mehdiyevə işləyən adamlar var" - KƏSKİN BƏYANAT

media-hightechnic-468x90

“Əli Kərimli, Cəmil Həsənli Ramiz Mehdiyevin kadrları idi”.

media-588

Bu fikirləri Yenicag.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.

Partiya sədri keçmiş Prezident Aparatının sədri Ramiz Mehdiyev haqqında vacib məsələləri açıqlayıb:

“2010-cu ildən mən Ramiz Mehdiyev haqqında danışıram, açıqlamalar verirəm. Mən həmin il verdiyim səhifə yarımlıq açıqlamam Xural qəzetində yayımlanmışdı. Bu gün deyilənləri mən elə o vaxt demişdim. Mənim o vaxt dediklərimin hamısını bu gün hüquq mühafizə orqanları reallığa gətirib çevirib. Elə o gün mən demişdim ki, Ramiz Mehdiyev dövlət çevrilişinə hazırlaşır, dövlət başçısını devirmək istəyir. Bu gün ona həmin ittihamlar irəli sürülüb və buna çox sevinirəm. Ramiz Mehdiyev çoxdan həbs edilməli idi. Bu adam xəyanətkardır. Bu adamın bir tərəfi ermənilərlə qohumdur. O qaynı Quqasyanı o vaxt gətirib müəyyən vəzifələrə qoydu. Onun xəyanətlərini saymaqla, danışmaqla bitmir. Düşünürəm ki, bizim hüquq mühafizə orqanları onu həbs etmək üçün gecikiblər. O çoxdan həbs edilməli idi.”

O, Ramiz Mehdiyevin kurasiyasında olan bir çox məmurun hələ də üzə çıxarılmalı olduğunu diqqətə çatdırıb:

“Ramiz Mehdiyevin hazırda deputat komandası var. O komanda hazırda da ona işləyir. Hakimiyyətin müəyyən qollarında da ona işləyən adamlar var ki, onlar da üzə çıxmalıdırlar. Onun komandasında keçmiş nazirlər, keçmiş icra başçıları, pensiyaya çıxarılan generallar var. O cümlədən, onun ortaya atdığı müxalifət partiyaları da vardı. Özünə “ana müxalifət” deyən adamlar da var ki, onun adamı idi. Kərimov Əli, Həsənov Cəmil və digərləri ona işləyib həmişə. Bunlar hamısı yoxlanmalı, üzə çıxmalıdır və məhkəmə qarşısında cavab verməlidir. Biz Azərbaycan dövlətinin müstəqilliyini heç kimə qurban verə bilmərik. Dövlət bu gün Azərbaycanda korrupsioner, rüşvətxor məmurlardan ibarət deyil. Dövlət onu sevən insanlar və onun prezidentindən ibarətdir ki, bu gün onun gördüyü işlər göz qabağındadır. Qarabağı işğaldan azad etdi, torpağımızda 1 rus əsgəri belə qoymadı qalsın. Ramiz Mehdiyev çalışırdı ki, Azərbaycanda çevriliş etsin və hakimiyyətə gəlsin. Hətta o, hakimiyyət bölgüsü də aparmışdı. Ona görə də düşünürəm ki, hüquq mühafizə orqanları bunları tək-tək araşdırmalıdır. Allah göstərməsin bu çevriliş baş tutsaydı kimlərə nə vəzifə bölgüsü aparılmışdı. Hər bir halda bütün bunlar yaxında üzə çıxacaq. Mən hüquq mühafizə orqanlarına və dövlət təhlükəsizliyi orqanlarına və şəxsən Əli Nağıyevə öz minnətdarlığımı çatdırıram ki, Azərbaycanda belə bir böyük cinayətkar qrupun üstünü açıb. Biz partiya adından da ona minnətdarıq, hüquq mühafizə orqanlarına nə kömək lazımdırsa etməyə hazıram. Bu məsələ isə istintaq aparıldığı üçün çox danışıb istintaqın gedişinə mane olmaq istəmirəm”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa