Hakimliyə namizədlər üçün test imtahanının vaxtı məlum oldu

media-hightechnic-468x90

Hakimliyə namizədlərin növbəti seçim prosesi ilə əlaqədar 370-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini komitəyə təqdim edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Hakimlərin Seçki Komitəsi məlumat yayıb.

Məlumata görə, həmin namizədlərlə test imtahanı cari ilin sentyabrın 21-də Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 108 ünvanında yerləşən Elektron İmtahanlar Korpusunda keçiriləcək.

“Namizədlər imtahana buraxılış vərəqəsini sentyabrın 11-dən etibarən dim.gov.az saytı vasitəsilə əldə edə bilərlər.

Buraxılış vərəqəsini əldə etmək üçün son müddət 20 sentyabr 2025-ci il saat 10:00 müəyyən edilib. Əlaqə telefonları: (012) 510-22-97, (012) 510-21-62” – deyə məlumatda qeyd olunub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05