Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Hava limanında yanğın baş verdi

baf9d66fc27faea5b1c1cee4960c4b5eYanğın artıq söndürülüb, hava limanı fəaliyyətini tam bərpa edib

Moskvanın “Domodedovo” hava limanında yanğın baş verib.

Yanğın səbəbindən 12 daxili və 4 beynəlxalq aviareys təxirə salınıb. Bunlar Anapa (2 reys), Samara, Kazan, Sankt-Peterburq, Stavropol, Soçi, Həştərxan, Rostov, Krasnodar və Çeboksarı, o cümlədən Moldova, Monteneqro, Ukrayna və Azərbaycan istiqamətində yerinə yetirilməli olan uçuşlardır.

Məlumata görə, yanğın nəticəsində güclü tüstülənmə baş verib. İlkin ehtimallara görə, yanğının baş verməsinə səbəb tikinti materiallarının saxlanıldığı mərtəbədə olan elektrik naqillərindəki nasazlığın baş verməsidir.

Hadisə zamanı 3 mindən artıq insan təxliyyə olunub.

İlkin məlumatlara görə, xəsarət alan yoxdur.

Son məlumatlara əsasən, yanğın söndürülüb, hava limanı fəaliyyətini bərpa edib.

Loading...

www.yenicag.az

483
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100