Ərsin Tatar Xankəndidə apardığı müzakirələrdən danışdı

media-hightechnic-468x90

Azərbaycanın ev sahibliyi ilə Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə iştirak edən Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ərsin Tatar dövlət və hökumət başçıları ilə nələri müzakirə etdiyini açıqlayıb.

Yenicag.az xəbər verir ki, Tatar bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin Kiprlə bağlı şəxsi nümayəndəsi Maria Angela Holguin Kuellar ilə görüşündə danışıb.

O, bir sıra dövlət və hökumət başçıları ilə görüşlərində ŞKTC-nin mövqeyini izah etdiyini bildirib.

“Artıq bu saatdan sonra keçmişə dönüş və federasiya çətiri altında ortaq dövlət qurmaq cəhdləri bizi çox geriyə aparar. Bərabər beynəlxalq status əsasında formalaşdırılmış iki dövlətli yeni siyasətin uğur qazanması üçün birlik və həmrəyliyimiz böyük əhəmiyyət daşıyır”, – deyə Tatar vurğulayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600