!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həbsxanadan 200 məhkum qaçıb

!Reklam – Yazi

İndoneziyada 200 məhkum cümə namazı üçün kameraların qapılarının açılmasından istifadə edərək həbsxanadan qaçıb.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərinə görə, hadisə Sumatra adasının Riau bölgəsində baş verib.

Xeyli sayda məhkumun həbsxanadan qaçması xəbəri yayılandan sonra həmin ərazidə yaşayan sakinlər arasında vahimə yaranıb.

Məlumata görə, məhkumların qaçmasına həbsxanada pis saxlanma şəraiti səbəb olub.

Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib, axtarışlara başlanılıb. Artıq məhkumlardan bir neçəsi saxlanılıb. Qaçan digər məhkumların axtarışı davam etdirilir.

Yeniçağ.Az

www.yenicag.az

680
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv