Həddindən artıq istilər 248 nəfərin həyatına son qoydu

Yaponiyanın paytaxtı Tokioda yüksək temperaturdan ölənlərin sayı 248-ə çatıb.

Yenicag.az xəbər verir ki, Tokio Böyükşəhər Qubernatorluğunun Tibbi Müayinə Bürosu həddindən artıq istilərin səbəb olduğu ölümlərlə bağlı məlumatları yeniləyib.

Müvafiq olaraq, iyun-avqust ayları arasındakı 3 aylıq dövrdə paytaxt metropolunda yüksək temperaturdan ölənlərin sayı 248-ə yüksəlib.

Araşdırmalar zamanı ölənlərin yaşlarının 40-90 arasında olduğu, yaşadıqları evlərdə və iş yerlərində kondisioner olmadığı və ya aktiv istifadə edilmədiyi müəyyən edilib.

Kondisioner istifadəsini təşviq edən şərhdə, “İstilik vurması səbəbiylə ölümün qarşısı alına bilər. Bu səbəbdən isti günlərdə kondisionerdən istifadə edin”, – qeyd olunub.

COP29