Makron Qrenlandiya və Kanadaya görə “narahat”dır

media-hightechnic-468x90

Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında keçirilən Fransa səfirlərinin müşavirəsində ABŞ administrasiyasının irəli sürdüyü iddialar fonunda Qrenlandiya və Kanadanın suverenliyi ilə bağlı narahatlığını ifadə edib.

Yenicag.az xəbər verir ki, Makronun sözlərinə görə, insanlar Qrenlandiyanın işğala məruz qalıb-qalmayacağını, Kanadanın 51-ci Amerika ştatına çevrilmək təhlükəsi ilə üzləşib-üzləşməyəcəyini hər gün sual edirlər.

Prezident qeyd edib ki, səfirlər müşavirəsinin bir çox iştirakçıları müzakirələr zamanı bu məsələlərə toxunublar.

Fransa liderinin fikrincə, qlobal proseslərin idarə olunmasında beynəlxalq təşkilatların rolunu artırmağın vaxtı çatıb. “Hazırda BMT-nin rolunu gücləndirmək üçün münasib məqamdır”, – deyə Makron vurğulayıb.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa