Həkimlərin maaşı artacaq? - Nazir müavinindən şad xəbər

media-hightechnic-468x90

Həkimlərin maaşının artırılması ilə bağlı ümidlər var.

Yenicag.az xəbər verir ki, bu sözləri Oxu.az-a açıqlamasında səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.

N.Zeynalov qeyd edib ki, ümumilikdə tibb işçilərinin maaşlarının artırılması ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlıdır:

“İcbari tibbi sığortanın tətbiqi səhiyyənin maliyyələşməsini yeni maliyyə səviyyəsinə gətirib çıxarır. Xərclənən vəsaitlər hesabına əməkhaqlarının artırılması real olur. Biz onu artıq görürük”.

O bildirib ki, nazirlik əməkhaqqının artırılması istiqamətində addımlar atır:

“Həmçinin artırılmış maaşları yenidən artırmağa çalışırıq. Həkimlərin gördüyü iş öz layiqli dəyərini tapmalıdır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600