!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Helikopter insidenti Ermənistanın təxribatı da ola bilər" - Politoloqdan İZAHAT

!Reklam – Yazi

“Rusiya helikopterinin gecə vaxtı və müharibə zonasına çox da uzaq olmayan sahədə uçuş həyata keçirməsi ciddi suallar doğurur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistan ərazisində Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 helikopterinin vurulmasına münasibət bildirən politoloq Elxan Şahinoğlu səsləndirib.

Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycan tərəfinin helikopterin vurulmasına görə Rusiyadan üzr istəməsi Ermənistanın məsələ ilə bağlı manipulyasiyası o genişləndirməyə imkan vermədi:

“Rusiyanın vurulan helikoterinə görə üzr istədik. Ermənistanın helikopterlə bağlı manipulyasiyasını genişləndirməyə imkan vermədən səhvimizi etiraf etmək, Rusiyadan üzr istəmək və kompensasiya açıqlamasını vermək qərarı doğru idi. Məsələni uzatsaydıq, Rusiyada ermənipərəst qüvvələr bundan istifadə edərək Kreml sahibinə Azərbaycanı cəzalandırmaqla bağlı təzyiqə başlayacaqdılar. Buna imkan vermədik. Sadəcə, Rusiya helikopterinin gecə vaxtı və müharibə zonasına çox da uzaq olmayan sahədə uçuş həyata keçirməsi ciddi suallar doğurur”.

Elxan Şahinoğlu helikopterin vurulmasının Ermənistanın təxribatı olacağını da istisna etməyib:

“Ermənilər Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə müdaxiləsini təmin etmək üçün hər vasitəyə əl atırlar. İstisna etmirəm ki, Rusiyanın Ermənistandakı hərbi bazasında pulla ələ alınan rus hərbçiləri var və helikopterin gecə vaxtı sərhədə yaxın uçuşuna onlar əmr veriblər. Əks halda, Moskva Ermənistandakı hərbi bazasının komandanlığına ciddi tapşırmalı idi ki, hazırki həssas məqamda təyyarələri və helikopterləri gecə saatlarında Azərbaycan sərhədinə yaxınlaşmasınlar. Ermənilər Dağlıq Qarabağı itirdiklərini anlayırlar, ona görə də İrəvanda müxtəlif təxribat planları üzərində işləyirlər. Diqqətli olmalıyıq”.

www.yenicag.az

1091
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv