!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Helikopter qəzasında həlak olan hərbçilərimizin SİYAHISI - RƏSMİ / YENİLƏNDİ 3

!Reklam – Yazi

Dövlət Sərhəd Xidmətini (DSX) hərbi helikopterinin qəzaya düşməsi nəticəsində ölənlərin sayı açıqlanıb.

Yenicag.az xəbər verir ki, DSX-nin rəisi müavini İlham Mehdiyev bildirib ki, qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Noyabr ayının 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində aşağıdakı hərbi qulluqçular həlak olmuşlar:

  1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;
  2. polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu;
  3. mayor Həsənov Elmir Mircəlil oğlu;
  4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;
  5. mayor Mayılov Emil Şahid oğlu;
  6. mayor Məmmədov Murad Yaşar oğlu;
  7. mayor Əliyev Emil Elman oğlu;
  8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;
  9. kapitan Bayramlı Cavid Əhliman oğlu;
  10. kapitan Əliyev Xəyyam Əlixan oğlu;
  11. kapitan Qaraisayev Teymur Ənvər oğlu;
  12. leytenant Süleymanov Abdulla Telman oğlu;
  13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;
  14. işçi Nəbiyev Elçin Fikrət oğlu.

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanmışlar.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi qəza nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralıların tezliklə sağalmasını arzu edir.

*13:08

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında hərbi helikopterimiz qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, dövlət Sərhəd Xidmətinə məxsus olan, Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayan helikopterdə 14 nəfər heyət olub.

Rəsmi açıqlamada əksəriyyəti yüksək rütbəli zabitlər olan heyət üzvlərindən ölən və yaralananların olduğu bildirilir. Qəza zamanı helikopterdə olan hərbçilərimizin siyahısı AFN-ə məlumdur. Həmin siyahını təqdim edirik:

Polkovnik Füzuli Cavadov
Polkovnik leytenant Emil Nəzirov
Kapitan Cavid Bayramlı
Mayor Elmir Həsənov
Mayor Emil Mayılov
Mayor Elbrus Əhmədov
Mayor Murad Məmmədov
Kapitan Xəyyam Əliyev
Baş leytenant Abdulla Süleymanov
Mayor Emil Əliyev
Leytenant Dərya Məclunov
İşçi Nəbiyev
Kapitan Ceyhun Əhmədxanov
Baş leytenant Fərid Nağıyev

*12:21

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, qəza nəticəsində 6 nəfər həlak olub.

*12:19

Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb.

Yenicag.az xəbər verir ki, məlumatda deyilir:

“Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir”.

www.yenicag.az

2229
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv