!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

HƏMAS lideri niyə qurban seçildi? – Rusiyalı mütəxəssis açıqladı

!Reklam – Yazi

“Əsas məqsəd İranın mövcud siyasi rejimini devirməkdir”.

Yenicag.az xəbər verir ki, bunu Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinin pərdəarxası məqamlarından danışan Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun siyasi elmlər üzrə fəlsəfə doktoru Qriqori Lukyanov deyib.

Onun sözlərinə görə, buna nail olmaq üçün İranın daxili siyasi gündəmini sarsıtmaq vacibdir.

“İsrailin baş naziri Benyamin Netanyahu İranın siyasi rejimini devirərsə gələcək proseslər üçün hər şey daha fərqli olacaq.

Nəticə etibarilə ABŞ yalnız İranın məğlubiyyətini yox, həm də Fələstin rəhbərliyini birləşdirməyə çalışan Çin diplomatiyasının simasını itirməsindən də faydalanır. İsmayıl Haniyə isə bunun üçün mümkün namizəd idi. Haniyə yeni Yaxın Şərq qurmaq üçün verilən qurbandır”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

196
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv