Mərhum əməkdar artist Aygün Bəylərin prodüseri Sultan Mustafayev müğənninin ölümündən sonra paylaşım edən Aynişan Quliyeva ilə bağlı sərt danışıb.
Yenicag.az xəbər verir ki, prodüser Baku TV-yə bildirib ki, Aynişan üzr istəməsə, onu məhkəməyə verəcək:
“Aygün Bəylər xalqın sənətkarıdır. Aynişan ümumiyyətlə kimdir ki, Aygün Bəylərin qızı üçün nəsə etsin? Əvvəla onu deyim ki, dövlətimiz sağ olsun və bu günə qədər hər şeyi edib. Ümumiyyətlə Aybəniz Haşımovanın Aygün Bəylərə qarşı paxıllığı olub. Çünki ölkədə ilk Şövkət ansamblını Aygün yaradıb. Hər şeyi açsam nə Aynişan, nə da Aybəniz qalacaq”.