Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Hərbi Hava Qüvvələrimizin "Qarabağ mücrüsü" - VİDEO

Düşmənin vahid hava hücumundan müdafiə sistemini məhv etmək məqsədilə biz “Qarabağ mücrüsü” adı verdiyimiz bir sıra tədbirlərdən ibarət əməliyyat planı hazırladıq”.

Yenicag.az xəbər verir ki, bu sözləri Azərbaycan müdafiə nazirinin müavini, Azərbaycan Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov İTV-nin efirində yayımlanmış “Görünməyən qəhrəmanlar – Hərbi Hava Qüvvələri” adlı sənədli filmdə deyib.

Nazir müavini bildirib ki, hərbçilərimiz düşmənin fikrini yayındırmaq üçün müxtəlif variantlardan istifadə ediblər:

“Birincisi, düşmənin bütün növ zenit-raket komplekslərini işə salmağa vadar etmək üçün mövcud olan aviasiya vasitələrimizi havaya qaldırıb kütləvi aviasiya zərbəsini imitasiya etdik.

Həmin imitasiya vasitələri düşmənin zenit-raket komplekslərinin məhvetmə zonasına daxil olmadan müxtəlif manevlər edirdilər. Lakin çox keçmədən düşmən bizim etdiklərimizin yayındırıcı manevrlər olduğunu anlayacaqdı.

Ona görə də ikinci tədbir kimi, düşmənin fəndimizi başa düşməməsi üçün Dövlət Sərhəd Xidmətinə məxsus, göyərtəsində pilot olmayan, “kukruznik” kimi tanından AN-2 təyyarələrini düşmənin zenit-raket komplekslərinin məhvetmə zonasına yönləndirdik. Lakin bu dəfə də düşmən bu təyyarələri məhv etdikdən sonra bunların yalançı hədəf olduğunu başa düşəcəkdi və adekvat tədbirlər görəcəkdi”.

 

www.yenicag.az

203
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100