Hərbi rütbələrlə bağlı təklif

media-hightechnic-468x90

“Hərbi rütbə vermək səlahiyyəti olan vəzifəli şəxsin hərbi rütbəni aşağı salmaq səlahiyyəti olmalıdır. Təklif edərdim ki, qanun layihəsinin 6.1.3-cü maddəsində cənab nazirə aid olan səlahiyyətlərdir. Daxili Qoşunların hərbi qulluqçularına hərbi rütbələr verir, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda o rütbələrin aşağı salınması müəyyən olunub”.

Yenicag.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsinin müzakirəsi zamanı Daxili Qоşunların Kоmandanı general-leytenant Şahin Məmmədоv deyib.

“Cənab nazirin polkovnik rütbəsi də daxil olmaqla, rütbələr vermək səlahiyyəti var. Burada əlavə etməliyik ki, polkovnik hərbi rütbəsindən başlayaraq aşağı rütbəli zabitlərin rütbələrini bir pillə aşağı salmaq səlahiyyəti var. Məhrum etmək səlahiyyəti artıq məhkəmə orqanları tərəfindən müəyyən oluna bilər. Bir pillə aşağı salınması isə qanunla müəyyən olunub və əlavə edilməsi vacibdir. Daxili Qoşunların komandanının səlahiyyəti mayor rütbəsi də daxil olmaq rütbənin verilməsidir. Təklifim odur ki, kapitan hərbi rütbəsindən başlayaraq aşağı rütbəli zabitlərin rütbələrinin bir pillə aşağı salınmasının bura əlavə edilsin”, – deyə Daxili Qoşunların komandanı bildirib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa