!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hərbi uğursuzluqların ictimai ovqata TƏSİRİ: “Əgər Rusiyada indi etiraz aksiyaları başlasa...” – ŞƏRH

!Reklam – Yazi

“Cəbhədə uğursuzluğa düçar olan Putin rejimi artıq cəmiyyət üçün daha az qorxu yaradır”.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri Ukrayna ilə müharibədə yaşanan ardıcıl uğursuzluqların Rusiyada ictimai əhval-ruhiyyəyə təsirini dəyərləndirən “Bellingcat” Araşdırma Mərkəzinin təhlilçisi Xristo Qrozev “Amerikanın səsi”nə müsahibəsində deyib.

Onun sözlərinə görə, cəbhədə yaşanan davamlı uğursuzluq Rusiyada hakim rejimin mövqelərini zəiflədib:

“Artıq Rusiya cəmiyyəti çoxlarının düşündüyü kimi monolit deyil. Rusiyada başlayan müəyyən proseslər hakim rejimin sonunu gətirə bilər.

Fikrimcə, Rusiya cəmiyyətində gedən prosesləri, o cümlədən antisavaş ovqatının dərk edilməsi cəhdi vacib və həlledicidir.

Repressiv rejimə görə Rusiya hakimiyyətindən qorxan cəmiyyət onun güclü olmadığını gördükcə yaşadığı qorxunu dəf edir.

Cəbhədə uğursuzluğa düçar olan Putin rejimi artıq cəmiyyət üçün daha az qorxu yaradır. Əgər Rusiyada indi etiraz aksiyaları başlasa, rejim ona qarşı əvvəlki qəddarlıqla güc tətbiq edə bilməyəcək”.

COP29

www.yenicag.az

598
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv