Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Heydər Oğuz Ayətullah Amilini ölümlə təhdid edib? - SEPAH belə iddia edir

SEPAH maraqlı iddia ilə çıxış edib.

Moderator.azın məlumatına görə, SEPAH-ın Telegram kanalı Ovqat.com-un Baş redaktoru Heydər Oğuzun Prime TV-yə verdiyi müsahibədə Ərdəbil imam-cüməsi  Ayətullah Seyid Həsən Amilini ölümlə təhdid etdiyini bildirib.

Məlumatda Heydər Oğuzun İsrailə bağlılığı iddia edilir və onun dili ilə guya Ayətullah Amilinin İsrail tərəfindən təhdid olunduğu vurğulanır.

Azərbaycan mediasının Ayatullah Amilini terror ilə təhdid etməsi

İsrailə bağlı saytlardan birinin baş redaktoru Heydər Oğuz Vəli-fəqihin Ərdəbildəki nümayəndəsinin keçən həftə “İran şirdir, şirin quyruğu ilə oynamayın” ifadəsi ilə bağlı demişdir: “Şirin quyruğu bədəninə ağırlıq edir, Amilinin ölümünün vaxtı çatıb”, – məlumatda qeyd olunur.


Xəbərə münasibətini öyrəndiyimiz Heydər Oğuz bu məlumatın SEPAH-ın bir çox açıqlarını ələ verdiyini düşünür. Onun fikrincə, əvvəla, İran İslam İnqilabı Keşikçiləri Korpusunun bir jurnalistlə uğraşacaq qədər zəiflədiyi düşündürücüdür.

“Üstəlik, mənim barəmdə düz-əməlli informasiya da toplaya bilməyiblər. Yəqin düşünürlər ki, mən MOSSAD-ın şillə vuranıyam. Hətta Amilini sıradan çıxaracaq qədər böyük imkanlara malikəm. Doğrusu, bu fikirlərin nə qədər cəfəng olduğunu sübut etməyə belə lüzum görmürəm. Sadəcə mənə maraqlı gələn odur ki, bu qədər zəif əks-kəşfiyyat qabiliyyətinə malik SEPAH Azərbaycanı “şirin quyruğu” ilə necə təhdid edir? Adamların jurnalistlə MOSSAD şefini ayrıd edə biləcək qədər qabiliyyətləri belə yox imiş”.

Heydər Oğuzun fikrincə, SEPAH-ın ortaya çıxardığı bu “faktlar” deyəsən, Ayətullah Amilini həqiqətən də əməlli-başlı qorxudub: “Çünki bugünkü cümə xütbəsində Ağayi-Amili həzrətləri “şirin quyruğundan” bir daha danışmayb. Əksinə, Azərbaycan xalqına müraciət edərək “bəzi insanların İranla Azərbaycan arasında fikir ayrılığı yaratmağa çalışdıqlarını” vurğulayıb. Deyib ki, bizim ortaq düşmənlərimiz var və bu düşmənlərə qarşı bir yerdə olmalıyıq. İki ölkəni münaqişəyə sürükləməməli və İsrail kimi bir düşməni xoşbəxt etməməliyik.

Doğrusu, Amili həzrətləri bu fikirləri deyərkən iki dövlətin arasını vurmaqda kimdən şübhələndiyi aydın deyil. Mən bilən, bu addımı ayətullahın özü bizi “milçəy”ə, İranı “şir”ə bənzədərək atmışdı. Ardınca da “şirin quyruğu ilə oynamamağı” məsləhət görmüşdü. Onun bu təhdidi istər-istəməz Azərbaycanda əks-səda doğurmuşdu. Görünür, Amili həzrətləri sonunda səhvini başa düşüb və bunun İsrailə xidmət olduğu etiraf edərək bir növ üzrxahlıqda bulunub. Beləliklə də, mənim dediyim məxrəcə gəlib. Bəlkə də mənim “təhdid”im onu elə qorxudub ki, “şirin quyruğu” mövqeyindən geri çəkilməyə qərar verib. Səbəb nə olursa olsun, mən İranın bu böyük Ayətullahını sonunda haqq yoluna gəlməsi münasibətilə təbrik edirəm. Həm də onu vurğulamaq istəyirəm ki, xatircəm olsun, mən Amili həzrətlərinə hədə qorxu gəlməmişəm. Müsahibədə bəhs etdiyim məsələnin Amiliyə yox, şirə dəxli vardı. Demişəm ki, “şirin ölümü gələndə quyruğu belə bədəninə ağırlıq edir”. Yəni tamamilə adi bir təbiət hadisəsindən danışmışam və “şir” deyərkən Amilini nəzərdə tutmamışam. Necə ki, Amili həzrətləri də “şirin quyruğu ilə oynamayın” deyərkən də özünü nəzərdə tutmurdu”.

www.yenicag.az

424
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100