Hitlerin timsahı öldü – 84 yaşında / VİDEO

Adolf Hitlerin ev heyvanı olan Saturn adlı timsah 84 yaşında ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Moskva zooparkı məlumat yayıb.

Məlumatda Missisipi timsahlarının vəhşi təbiətdə sürdüyü ömrün 30-50 il aralığında olduğu vurğulanıb və Saturnun 84 il ömür sürməsi nadir hal kimi dəyərləndirilib.

Qeyd edək ki, Saturnun Hitlerin şəxsi kolleksiyasının heyvanı olduğu bildirilir. O, Berlinin bombalanması zamanı zooparkdan qaçmış, 3 il sonra ingilis əsgərləri tərəfindən tapılaraq Moskvaya təhvil verilmişdi.