“Hizbullah” Qolan təpələrindəki İsrail kazarmalarına hücum etdi

media-hightechnic-468x90

“Hizbullah” təşkilatı Qolan təpələrində İsrail kazarmalarına raket hücumu həyata keçirib.

media-banner_tuq

Yenicag.az-ın məlumatına görə, bu barədə təşkilatın hərbi informasiya xidmətindən verilən açıqlamada bildirilib.

“İslam Müqaviməti döyüşçüləri Qolan təpələrindəki Kailaadakı artilleriya alayının kazarmalarına hücum ediblər. Birbaşa zərbə nəticəsində düşmən qüvvələrinə ziyan dəyib”, – deyə bildirilib.

Məlumata görə, günün ikinci yarısında “Hizbullah”ın bölmələri tərəfindən buraxılan dronlar Yuxarı Qalileyada yerləşən Kerem Ben Zimradakı İsrail hərbi logistika bazasına, eləcə də Merondakı hava əməliyyatları və elektron müharibə mərkəzinə zərbələr endirib./Trend/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05