Hökumə Əliyevanın doğum günü: Aeroportda bir dəqiqəlik sükut elan olundu - VİDEO

media-hightechnic-468x90

Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın anadan olmasının ildönümü ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda bir dəqiqəlik sükut elan olunub.

Bu barədə Yenıcag.az-a hava limanından bildirilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2024-cü il 29 dekabr tarixli sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa