!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Hökumət mövcud çətinlikləri və ağırlıqları vətəndaşların çiyinlərinə yükləyir” - ETİRAZ

!Reklam – Yazi

“Bir sıra xidmətlərin qiymətini Tarif Şurasının adından qaldırırdılar, indi isə Milli Məclisdə rüsumları artırmaq təşəbbüsü irəli sürülüb”.

Bu fikirləri “Dövlət rüsumu haqqında” qanuna nəzərdə tutulan dəyişikliklərdə bir sıra məsələlər üzrə rüsumların məbləğinin artırılması təşəbbüsünə münasibət bildirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

BAP sədrinin sözlərinə görə, tarif və rüsumların davamlı olaraq artırılması çox yanlış siyasətdir və ondan imtina edilməlidir:

“Doğrudan da, ölkədə bahalaşma, qiymət artımı sürətlə davam edir. İndi isə bu rüsumlarla bağlı məsələ gündəmdəir. Təəssüf ki, Azərbaycan hökuməti normal iqtisadi siyasət aparmaq əvəzinə, mövcud çətinlikləri, ağırlıqları vətəndaşların çiyinlərinə yükləyir.

Yenə deyirəm, qiyməti qaldırmaq üçün ağıllı olmağa ehtiyac yoxdur. O baxımdan, düşünürəm ki, öz vəzifəsinin öhdəsindən gələ bilməyən bu hökumətlə uzağa getmək olmaz.

Bir sıra xidmətlərin qiymətini Tarif Şurasının adından qaldırırdılar, indi isə Milli Məclisdə rüsumları artırmaq təşəbbüsü irəli sürülüb. Bu, çox yanlış siyasətdir və ondan imtina olunmalıdır.

Vətəndaşlarımız artırılan rüsumları ödəmək iqtidarında deyil. Unutmayaq ki, güclü dövlət vətəndaşı güclü olan dövlət sayılır. Əfsuslar olsun ki, müharibədən qalib çıxmış güclü Azərbaycanın belə addımlarla zəif vəziyyətə salınır. Bu da nəticə etibarilə, insanlarımızın maddi rifahəna mənfi təsir göstərir”.

A.Zeynalov

www.yenicag.az

851
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv