Hövsanda qazın verilişi dayandı - SƏBƏB

media-hightechnic-468x90

“Azəriqaz” İstehsalat Birliyi Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində qazın verilişində yaranan fasilələrə münasibət bildirib.

Qurumun Mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, ərazidə fasilələrin yaranması qaz sayğaclarının girişlərində aparılan quraşdırma işləri ilə əlaqədardır.

“Adıçəkilən ərazidə “Təmizqaz” MMC tərəfindən sayğacların girişləri əymə üsulu ilə işlənilir. Buna görə də gündəlik iş planına uyğun olaraq qaz verilişi dayandırılır.

Bu proses təhlükəsizlik məqsədi ilə həyata keçirilir. Sızmaların aradan qaldırılması ilə əlaqədar həmin hissələrdə qazın verilişində fasilələr yaranır”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsinin bir hissəsində və Dədə Qorqud yaşayış massivində təbii qazın verilişində fasilələr yaranıb. Sakinlərin sözlərinə görə, qış ayları olmasına baxmayaraq, artıq 3 həftədir ki, hər gün saat 10:00-18:00 aralığında təbii qazın verilişi dayandırılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600