HP 30 min işçisini ixtisar edəcək
ABŞ-ın “Hewlett-Packard” korporasiyası 25-30 min əməkdaşını ixtisar edəcək.
Yenciag.az lent.az-a istinadən xəbər verir ki, buna səbəb korporasiyanın bu ilin noyabr ayına qədər iki müstəqil şirkətə bölünməsidir.
Söhbət ştatın 10 faizinin azaldılmasından gedir. İlk növbədə ixtisarlar korporativ xidmətlərin göstərilməsi üzrə ixtisaslaşdırılmış müəssisələrə aid olacaq. İlk əvvəl 55 min işçinin ixtisar olunacağı elan edilib.
Qeyd edək ki, HP şirkətinin ötən ilin maliyyə ilində gəliri 55 milyard dollar təşkil edən korporativ xidmətlər bölməsi ana şirkətdən ayrılaraq müstəqil “Hewlett Packard Enterprise” şirkətinə çevirəcək. Bunun nəticəsində HP-nin xərclərinin 2,7 milyard dollar azalması təmin ediləcək.
2015-ci ilin yayında HP şirkəti Rusiyanın Sankt-Peterburq şəhəri yaxınlığındakı kompüter istehsalı zavodunu bağlayıb. Müəssisə bu ilin birinci rübündə kompüter bazarının 44 faiz azalmasına dözə bilməyib.