!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İçərişəhərlə bağlı görüləcək TƏDBİRLƏR

!Reklam – Yazi

Mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin ötən gün İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinin qeyd olunması haqqında imzaladığı sərəncam çərçivəsində icra olunacaq tədbirlər planını açıqlayıb.

Yenicag.az xəbər verir ki, nazir məsələ ilə bağlı artıq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə danışıqlar aparıldığını deyib.

Ə.Qarayev bildirib ki, sərəncamın icrası olaraq İçərişəhərdə beynəlxalq konfrans və silsilə tədbirlər keçiriləcək: “Muzeylərdə saxlanılan əşyaların bir qismi sərgilərdə nümayiş olunacaq. Bundan başqa, mədəni proqramlar təqdim ediləcək. Turistlər üçün ayrıca xüsusi marşrutlar formalaşdırılacaq”.

Onun sözlərinə görə, İçərişəhərin UNESKO-nun tərkibində olduğu 20 il müddəti əks etdirmək üçün müvafiq tədbirlərin təşkili nəzərdə tutulub: “Əsas olan bu tədbirlərin beynəlxalq əks-səda doğurmasıdır. Bu gün İçərişəhərdə görülən işlər təqdirəlayiqdir. Oranın hər bir günü tarixdir”./Report/

www.yenicag.az

541
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv