!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"İçimizi yandıran bu odu söndürəcəyik" - Fəxrəddin Altun

!Reklam – Yazi

“Ölkə xaricindən və bir mərkəzdən təşkil olanan sözdə yardım kampaniyası ideoloji motivlərlə dövlətimizi aciz göstərmək və dövlət-millət birliyimizi zəiflətmək məqsədilə başladılıb”.

Yenicag.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun öz “twitter” hesabında yazıb.

“Ölkəmizi cənginə alan meşə yanğınlarına qarşı dövlətimizin bütün imkanları səfərbər edilərək mübarizəmiz davam edir. 35 əyalətdə 129 yanğından 122-si nəzarət altına alınıb.

Xoşniyyətli hər yardım və tövhə milli birliyimizin gərəyidir. Ancaq axşamdan etibarən ölkə xaricindən və bir mərkəzdən təşkil olanan sözdə yardım kampaniyası ideoloji motivlərlə dövlətimizi aciz göstərmək və dövlət-millət birliyimizi zəiflətmək məqsədilə başladılıb.

Hazırda sosial platformalarda, anlıq mesajlaşma qruplarında, forumlarda yayılan məlumatların böyük əksəriyyəti yalandır. Belə bir təbii fəlakət vəziyyətində yalan məlumat yayanların tələsinə düşməyək. Yalnız rəsmi qurumların açıqlamalarına etimad edək.

Türkiyəmiz güclüdür. Dövlətimiz dimdik ayaqdadır. Prezidentimizin dediyi kimi, itirdiyimiz həyatlar istisna olmaqla bütün itkilərimizi kompensasiya edəcəyik və içimizi yandıran bu odu söndürəcəyik”, – deyə F.Altun bildirib.

www.yenicag.az

522
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv