Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İcra başçısı koronavirusa yoluxub? - AÇIQLAMA / YENİLƏNDİ

Bəzi kütləvi informasiya vasitələrində Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin koronavirusa yoluxması ilə bağlı məlumatlar dərc edilib.

Məsələni aydınlaşdırmaq üçün Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb.

Yenicag.az xəbər verir ki, qurumun İnformasiya təminatı və təhlil sektorunun müdiri Faiq Muradov Oxu.Az-a açıqlamasında bildirib ki, yayılan məlumat həqiqəti əks etdirmir:

“Karantin rejiminin tələblərinə uyğun olaraq iki dəfə icra hakimiyyətinin əməkdaşlarından COVID-19-la bağlı analiz götürülüb. Onların nəticələri neqativ çıxıb. İyunun 16-da da üçüncü dəfə test vermişik, amma nəticə bu gün axşama bilinəcək”.

“Kimdəsə aşkarlanarsa, biz bunu gizlətməyəcəyik”, – deyə sektor müdiri əlavə edib.

***

Goranboyun icra başçısı Məhərrəm Quliyev koronavirusa yoluxub.

Yenicag.az-ın Haqqın.az-a istinadən məlumatına görə, son günlərdə onunla ünsiyyətdə olanlar həkim nəzarətinə alınıb.

İcra başçısı özü isə xəstəxanaya yerləşdirilib. Təyin olunmuş prosedura əsasən, Goranboy İcra Hakimiyyəti karantinə alınıb.

Loading...

www.yenicag.az

1191
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100