İcranın 145 minlik gül aldığı Nigar kimdir?

media-hightechnic-468x90

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sumqayıt Bulvar” MMC tərəfindən elan edilən tender müsabiqələrinin qalibi məlum olub.

Yenicag.az Yeniavaz.com-a istinadən xəbər verir ki, tender müsabiqələrinin qalibi fərdi sahibkar Nigar Rauf qızı Bağırova (VÖEN – 1702068062) olub.

Bu şəxs Sumqayıt İcra Hakimiyyəti başçısının tabeliyindəki “Sumqayıt Bulvar” MMC-yə güllər və qazonlar satacaq, həmçinin onların əkilməsini həyata keçirəcək. Nigar Bağırova satacağı güllər və qazonların qarşılığında Sumqayıt Şəhər İcra Hakimiyyətindən 145 min 550 manat alacaq.

Qeyd edək ki, Nigar Bağırova 145 min 550 manata ümumilikdə 22 000 kv.metr qazon (rulon), 5 000 ədəd xrezantema, 10 000 ədəd pirmula, 5 000 ədəd papatya və 15 000 ədəd geran gülləri satacaq.

Əlavə edək ki, Nigar Bağırova son illər davamlı olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinə güllər satır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600