İctimai nəqliyyatdan istifadə edənlərin DİQQƏTİNƏ

Mövcud hava şəraitində sərnişinlərin yolda qalmaması, onların avtobuslarla daşınması üçün ekspress xətlər üzrə fəaliyyət göstərən avtobusların aralıq dayanacaq məntəqələrində də sərnişin mindirib-düşürməsi qərara alınıb.

Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bununla əlaqədar Vahid Dispetçer Mərkəzi vasitəsilə ekspress xətt avtobusları sürücülərinə sms məlumatlandırma vasitəsilə göstəriş verilib.