İğdırda terror törədən PKK-çılar Ermənistana keçib?

media-hightechnic-468x90

109070_res_01Türkiyənin İğdır vilayətində terror aktı törədən terrorçuların Ermənistan ərazisindən İğdıra keçdiyi güman edilir.

Bu barədə məlumatı Türkiyənin “Vatan” qəzeti yazıb.

Yerli qaynaqlar hadisənin baş verdiyi ərazinin Ermənistan sərhədinin bir neçə kilometrliyində yerləşdiyini nəzərə alaraq PKK terrorçularının Ermənistandan gələ biləcəyini ehtimal edirlər.

Qeyd edək ki, dünən PKK-nın İğdırla Naxçıvan Muxtar Respublikası arasındakı Dilucu sərhəd məntəqəsi yaxınlığında törətdiyi hücum nəticəsində 13 polis şəhid olub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa