!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İğdırın erməniləşdirilmə projesinin Naxçıvan üçün təhlükəsi…

!Reklam – Yazi

 

12038349_1174424089239696_3483911941908595857_nTənzilə Rüstəmxanlı: “Belə davam etsə, İğdır əldən gedəcək”

İğdır PKK-nın siyasi qanadı HDP-nin nəzarətinə keçəndən sonra hər keçən gün ermənilərlə bağlı xəbərlər eşidilməkdədir. Ən son olaraq, İğdıra bağlı Tuzluca bələdiyyəsi qəsəbənin girişinə erməni dilində “xoş gəldin” sözlərini yazıb. Millətçilərin və yerli xalqın etirazına səbəb olan bu yazı hansı anlama gəlir? Sabah bələdiyyə öz başına sərhədi açmaq istərsə, nə olacaq? Erməni sevgisinin sərhədimizdə cövlan etməsi Naxçıvan üçün hansı problemlər yarada bilər?

tenzile-300x224Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Yenicag.az-a açıqlamasında İğdırdakı vəziyyətin Naxçıvan üçün də təhlükə yaratdığını vurğuladı: “İğdırın bələdiyyə başqanı HDP-nin üzvüdür. Bu ərazi Naxçıvan, həm də Ermənistanla sərhəddədir. Ona görə də bu bölgə bələdiyyələrinin bütün hallarda HDP-nin əlində olmaması lazım idi. Orada PKK terrorçuları terror hadisəsi törədib, keçirlər Ermənistana. Ona görə də Tuzluca bələdiyyəsində erməni dilində plakatın yazılmasına təəccüblənmədim. Əslində HDP-də olanların, bu terrorristlərin çoxu erməni əsillidir. Ona görə də onlardan bu da gözlənilirdi. Qarşıdan gələn seçkilərdə HDP buradan millət vəkili seçməyə nail olsa, daha pis olacaq. Belə davam etsə, İqdır əldən gedəcək. Türkiyə hüquq mühafizə orqanları müdaxilə edərək soruçdurma açmalıdır. Nə qədər ki, İqdırda terroristlər yuva salıb və burada ermənilər güclənir, belə bir vəziyyət Naxçıvan üçün də bir təhlükədir. Hər baxımdan təhlükədir”.

zəlimxan məmmədli zelimxan“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə qeyd etdi ki, PKK, HDP, Asala və erməni eyni mahiyyət, eyni platformadır: “Onların 100 ilin üstündə Türkiyəni, türk dünyasını parçalamaq və türk coğrafiyası arasındakı sərhədləri zəbt etmək planları var. Hər halda bu Türkiyə Ana Yasasına ziddirsə, bir həqarətdir, ölkənin vahidliyinə həqarətdir. Zaman və indi baş verən proseslər də sübut edir ki, Azərbaycan və Türkiyə bu qrupun hədəfindədir, biz də ona qarşı səfərbər olunmalıyıq. Türkiyənin dövlətçilik ənənələri güclüdür. Düşünürəm ki, burada Türkiyənin Ana Yasasını təhdid edən addım olacaqsa, hökmən cavabı da veriləcək.”

Həmsöhbətimiz bütün bunlarla yanaşı düşünmür ki, İğdır əldən getmək ərəfəsindədir: “İğdırın tarixi, ənənələri var. Sadəcə olaraq yanlış siyasət, insanların məzhəb məsələsində bölünməsi, bunun etnik kimliyin üzərinə keçməsi halları var ki, bu da düşmənlərin işidir. Bəzi hallarda informasiyasızlıq, cahillik də bu cür bölücülüyə rəvac verir. Nəticədə PKK, HDP və ermənilər bir yerdə “parçala və hökm sür” siyasətindən bəhrələnməyə çalışır. Bunu qədim türk torpaqları olan Qars və Ərdahanda da yaşayırıq. Azərbaycan və Türkiyəni birləşdirən quru sərhədlərini tamamilə yox etmək planı var. O baxımdan da İqdır əldən gedə bilməz. Ancaq yanlış siyasət nəticəsində İqdırda HDP bayraq sancar, bu bayrağı da türkün ruhu endirər.

Məmmədli də bu qənaətdədir ki, İğdırda yaranan hazırkı durum gələcəkdə nəinki təkcə Naxçıvan, bütün Azərbaycan üçün təhlükəli vəziyyətin yaranması demək olacaq: “HDP siyasət adında terror təşkilatı parlament seçkilərində İğdırı götürərsə, deməli onun ardınca bələdiyyələri götürəcəklər. Nəticə etibarı ilə dağlardan əli silahlıları köylərə yerləşdirib etnik tərkibi dəyişəcəklər. Beləliklə, Naxçıvan, o cümlədən Gürcüstan vasitəsilə Azərbaycan, Borçalı da təhdid altına düşəcək. Bunu Türkiyə və Azərbaycan ciddiliklə nəzərə almalıdır. Zənn edirəm ki, bu məsələyə imkanı çatacaq səviyyədə müdaxilə etmək imkanları üzərində düşünməyə Azərbaycanın da haqqı var. Həmin bölgələr millətimizin düşmənlərinin nəzarətinə keçərsə, bu nəinki təkcə Naxçıvanın, həm də bütövlükdə Azərbaycan dövlətinin təhdid olunması və təhlükə ilə üz-üzə qalması deməkdir”.

10505342_1041050032577103_8426577442463104488_nQeyd edək ki, bu hadisəyə qarşı Türkiyədə hələlik İğdır Əsilsiz Erməni İddiaları İlə Mübarizə Dərnəyi (İğdır ASİMDER) öz etirazını bildirib.  İğdır ASİMDER rəhbəri Göksəl Gülbəy  bildirib ki, Tuzluca bələdiyyəsinin bu qərarından sonra şəhərdə Ermənistan dövlət nişanlı avtomobillər artmaqdadır.

Göksəl Gülbəyin sözlərinə görə, bu hal İğdır vali müavini tərəfindən də qınanıb və tezliklə,bu biabırçılığın yoluna qoyulması gözlənilir.

12003193_1177922622223176_253340602125386340_n

 

ELÇİN

 

 

www.yenicag.az

920
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv