İki azərbaycanlı iş adamı girovluqdan azad edildi

media-hightechnic-468x90

2015-06-02-14-41-58hebs-olundu-liderxeber-yeni-full-qandal-640Ukraynada Kiyev şəhəri ətrafında iki həftə əvvəl oğurlanan azərbaycanlı iş adamı evinin qarşısında sərbəst buraxılıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, Ukrayna vətəndaşı olan 39 yaşlı iş adamı Elvar İskəndərovu oğurlayan şəxslər əvvəlcə külli miqdarda pul istəsələr də sonradan qarşılıqsız şəkildə sərbəst buraxıblar.

Həmçinin, bir müddət əvvəl oğurlanan digər əslən azərbaycanlı iş adamı, 46 yaşlı Sakit Hacıyev də girovluqdan azad olunub. Girov götürənlər onu da sərbəst buraxıblar.

Qeyd edək ki, E. İskəndərov və S.Hacıyev hər ikisi AzTV-nin Ukrayna və Şərqi Avropa üzrə müxbiri Mövsüm Aslanovun yaxın qohumlarıdır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa