Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İki balıqçının həyatı təhlükədə - Əməliyyat başlandı

Bu gün saat 12:44 radələrində Novxanı qəsəbəsində taxta qayıqla dənizə çıxan 2 balıqçının təhlükə ilə üzləşməsi barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologilayalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə məlumat daxil olub.

Yenicag.az Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatda sahildən 10 km məsafədə qayığın hərəkət vericisi xarab olduğundan su axınının balıqçılar olan qayığı açıq dənizə doğru apardığı bildirilib.

“Milli Mərkəz tərəfindən dərhal hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb. Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Bakinskaya – 3” gəmisi kömək üçün hadisə yerinə yönəldilib. Hazırda Milli Mərkəz tərəfindən xilasetmə əməliyyatlarının koodinasiyası həyata keçirlir”, – deyə məlumatda vurğulanıb.

www.yenicag.az

6315
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100