İki “Mercedes” toqquşdu – Ölən və yaralanan var

Neftçala rayonunun Kürqarabucaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, iyulun 11-də saat 13 radələrində Neftçala rayonunun Kürqarabucaq kəndi ərazisində rayon sakinləri F.Səfərovun və R.Fərəcovun idarə etdikləri 2 “Mercedes” markalı avtomobil toqquşub.

Nəticədə R.Fərəcovun sərnişinlərindən həmyerlisi Toğrul Fərəcov hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.

Neftçala RPŞ tərəfindən araşdırma aparılır.