İki təhlükəli asteroid yerə yaxınlaşır

media-hightechnic-468x90

İki böyük asteroid bu gün və iyunun 1-də Yer kürəsinə kifayət qədər yaxın məsafədən keçəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Yerətrafı Obyektlərin Tədqiqi Mərkəzinin (CNEOS) mətbuat xidməti məlumat yayıb.

Alimlərin hesablamalarına əsasən, Nyu-Yorkdakı Azadlıq heykəli böyüklüyündə olan 2021 JF1 adlı birinci kosmik obyektin diametri 94 metrdən 210 metrə qədərdir. O, saniyədə 17 kilometr sürətlə hərəkət edir və planetimizin yanından mayın 27-də ötəcək.

Diametri 150-350 metr təşkil edən (Parisdəki Eyfel qülləsi böyüklükdə) ikinci obyekt – 2021 КТ1 astroidi saniyədə 18 kilometr sürətlə uçur və o, iyunun 1-də Yerdən 13 milyon kilometr aralı keçəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600