Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İlham Əliyev moldovalı həmkarını təbrik etdi

Reklam: Sinerji Pro

Prezident İlham Əliyev Moldova Respublikasının Prezidenti İqor Dodona təbrik məktubu ünvanlayıb.

Yenicag.az xəbər verir ki, təbrikdə qeyd olunur:

“Hörmətli cənab Prezident.

Moldova Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bizim ölkələrimizi sıx dostluq və əməkdaşlıq telləri bağlayır. Əminəm ki, Azərbaycan ilə Moldova arasında bu xeyirxah ənənələrə əsaslanan münasibətlər xalqlarımızın və ölkələrimizin rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.

Fürsətdən istifadə edərək bildirirəm ki, koronavirus pandemiyasının nəticələrinin aradan qaldırılmasında Azərbaycan xalqı Moldova xalqı ilə həmrəydir.

Sizə möhkəm cansağlığı və uğurlar, dost Moldova xalqına isə tərəqqi və firavanlıq arzu edirəm”.

Loading...

www.yenicag.az

423
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100