İlham Əliyev ötən 22 ildə Azərbaycanı QƏLƏBƏDƏN QƏLƏBƏYƏ APARIB - ŞƏRH

media-hightechnic-468x90

“Ötən 22 ilə nəzər saldıqda bizi qələbədən qələbəyə aparan bir yol görürük”.

Bunu Yenicag.az-a deputat Tural Gəncəliyev 15 oktyabr 2003-cü ildə İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən sonrakı prosesləri şərh edərkən deyib:

“İlham Əliyev 2003-cü ildə ümumilli liderimizin vəsiyyətinə sadiq qalaraq çətin bir dövrdə öz iradəsini, strateji vizyonunu, müdrikliyini ortaya qoyaraq ölkəmizə liderlik etməyə başladı. Bu liderlik yolunda ən önəmli məsələ Azərbaycanın daha da güclənməsi, güclü ordu qurması, iqtisadiyyatının yüksək səviyyədə inkişaf etməsi və nəhayət torpaqlarımızın düşmən işğalından azad edilməsi, hazırda isə Azərbaycanın dünya siyasətində tutduğu ən yüksək zirvəyə gəlib çatmasında rolunu bir anlıq gözümüzün önündən kino lenti kimi keçir. Təbii ki, bu müvəffəqiyyət hekayəsinin, tarixi zəfərimizin bünövrəsi milli lider tərəfindən qoyulmuşdu. Cənab prezident də bunu inkişaf etdirdi”.

media-ilham-aliev

Deputat qeyd edib ki, Azərbaycan Avrasiya regionunda söz sahibidir:

“İstər ABŞ, istər Çin, Rusiya, Aİ və digər güc mərkəzləri ilə bərabər səviyyədə bir aktora çevrilmişdir. Həmin güc mərkəzlərinin hər biri Azərbaycan və onun lideri ilə əməkdaşlıq etməyə can atırlar. Bu gün Azərbaycan qlobal gündəmdə duran geosiyasi, iqtisadi, hərbi təhlükəsizlik, nəqliyyat kommunikasiya layihələrində iştirak edir və gözümüzün önündə Şarm El-Şeyh şəhərində keçirilən Yaxın Şərqlə bağlı toplantıda Prezidentə göstərilən rəğbət, onun şəxsən dəvət edilməsi göstərir ki, İlham Əliyev ölkəmizi böyük ölkələrlə bir sıraya çıxarıb”.

media-ilham_aliyev_misir_sammit_15

Tural Gəncəliyev qeyd edib ki, İlham Əliyevin Azərbaycan iqtisadiyyatını zirvələrə qaldıracaq layihələrə imza atması Azərbaycanın bugünü, sabahı üçün çox önəmli strategiyadır:

“Azərbaycanın həyata keçirdiyi işlər, Bakı – Tbilisi – Ceyhan, Bakı – Tbilisi – Kars və digər layihələr, habelə hazırda orta dəhlizin ayrılmaz komponentinə çevrilməkdə olan Zəngəzur dəhlizinin bünövrəsinin qoyulması Azərbaycanı uğurdan uğura aparan hekayələrdir. Bütün bunlara görə XXI-ci əsrin ortalarına doğru Azərbaycanın dünya güclərindən birinə çevriləcəyi artıq heç kimdə şübhə doğurmur. Məhz bunun nəticəsində dünya liderlərinin İlham Əliyevə olan rəğbətini gördükdə biz əmin oluruq ki, həqiqətən də cənab prezidentin liderliyi altında tariximizin ən şanlı səhifələrindən birini yaşayırıq”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa